XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Gimnastlarımız Polşada 17 medal qazanıblar
İdman 15:13 / 12.05.2025

Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə Azərbaycan millisinin üzvləri uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, idmançılar yarışda 17 medal qazanıblar.

Batut gimnastikasında Fərhad Mustafayev, Samirə Hüseynova, Şəfiqə Hümbətova qızıl, Ammar Baxşalıyev qızıl və bürünc, Muhammed Həsənli gümüş, Nikita Koleşnikov gümüş və bürünc, Fərhad Vəliyev gümüş və bürünc, Aylin Ağazadə bürünc, Ayan Şabanova bürünc mükafata sahib çıxıblar.

Tamblinqdə Sənan Rzazadə, Tofiq Əliyev qızıl, Aleksey Karataşov, Mehdi Əliyev gümüş, Adil Hacızadə bürünc medal əldə edib.


4139 oxunub

InvestAZ