XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



"İnter"i Çempionlar Liqasının finalına aparan futbolçu "Qalatasaray"a gəlir?
İdman 16:17 / 10.05.2025
Türkkyənin "Qalatasaray" klubu səs-küylü transfer həyata keçirməyi planlaşdırır.
"Olimpiyadunyasi.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda komandadan ayrılacaqFernando Muslerasnın əvəzinə İtaliyanın "İnter” klubunun qapıçısı Yan Zommeri transfer etmək istəyir. Bu həftə UEFA Çempionlar Liqasının yarımfinal oyununda möhtəşəm çıxışı ilə komandasını finala çıxaran 36 yaşlı qapıçı "sarı-qırmızılılar”ın maraq dairəsinə düşüb.
Qeyd edək ki, 2023-cü ildə "Bavariya”dan "İnter”ə transfer olunan isveçrəli qapıçı qısa müddətdə əsas heyətdə yer almağamüvəffəq olub. O, 2023/24 mövsümündə "İnter”lə A Seriyasında çempionluq yaşayaraq mövsümün ən az qol buraxan qapıçısı olub.

13276 oxunub

InvestAZ