Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş mini futbol üzrə rayon turniri keçirilib. Rayondakı Ərkivan arenada keçirilən, 4 komandanın mübarizə apardığı turnirin birincisi Masallı Rayon İcra Hakimiyyətinin komandası olub. İkinci yeri Masallı Uşaq Gənclər İdman-Şahmat Məktəbinin komandası tutub. Üçüncü yerə isə Masallı Uşaq-Gənclər İdman Məktəbin komandası sahib çıxıb.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlara layiq görülüblər.
325 oxunub