XƏBƏR LENTİ
05 May 2025
04 May 2025
03 May 2025



"Qarabağ"ın məşhur futbolçusu məktəblilərlə görüşdü
İdman 23:13 / 04.05.2025

"Qarabağ” futbol klubunun müdafiəçisi Toral Bayramov Lənkərandakı M.H.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində şagirdlərin qonağı olub. Təhsil müəssisəsinin akt zalında baş tutan görüşdə məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak ediblər. Görüş şagirdlərdə böyük sevinc yaradıb. Məktəbin direktoru Ramiz Ramazanovun təşkilatçılığı sayəsində keçirilən görüşdə şagirdlər məşhur futbolçu ilə həmsöhbət olub, ona bir çox maraqlı suallar veriblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.


219 oxunub

InvestAZ