XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənc cüdoçularımız İstanbuldan 7 medalla qayıdırlar
İdman 22:49 / 04.05.2025
Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinə yekun vurulub. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda 31 ölkədən 505 (341 oğlan, 164 qız) cüdoçu qüvvəsini sınayıb. Yarışda 38 cüdoçu ilə təmsil olunan komandamız turniri 2 qızıl, 5 bürünc medalla başa vurub. Komandamıza qızıl medalları Aslan Kotsoyev (-90 kq) və Nizami İmranov (-66 kq) qazandırıb. Aytac Qardaşxanlı (-52 kq), Nihad Məmişov (-60 kq), Fərid Qarayev (-60 kq), Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıb. Turniri 2 qızıl və 5 gümüş medalla başa vuran millimiz oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub.

16082 oxunub

InvestAZ