XƏBƏR LENTİ
05 May 2025
04 May 2025
03 May 2025



"Böyük Dəbilqə" turniri dörd medalla yadda qaldı
İdman 22:37 / 04.05.2025

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub. Üç gün davam edən yarışda 27 ölkənitəmsil edən 226 (123 kişi, 103 qadın) cüdoçu qüvvəsini sınayıb. 6 çəki dərəcəsində 8 cüdoçu təmsil olunan komandamız turniri 2 qızıl və 2 gümüş medalla başa vurub. Millimizə ilk medalı yarışların ilk günündə fərqlənən Balabəy Ağayev (-60 kq) qazandırıb. Turnirin sonuncu günündə isə daha üç cüdoçumuz fəxri kürsüdə yer alıb. Təmsilçilərimizdən Elcan Hacıyev -90 kq çəki dərəcəsində komanda yoldaşı Vüqar Talıbova qalib gələrək qızıl medala layiq görülüb. Vüqar Talıbov isə gümüş medalla mükafatlandırılıb. Yığmamıza digər gümüş medalı isə Camal Qamzatxanov (+100 kq) qazandırıb.

"Böyük Dəbilqə” turnirini dörd medalla başa vuran cüdo yığmamız ümumi komanda hesabında ikinci yeri tutub.


166 oxunub

InvestAZ