İspaniyanın "Real Madrid" klubu La Liqanının 34-cü turu çərçivəsində "Selta" klubu ilə qarşılaşıb.
Olimpnews.az xəbər verir ki, oyun Madird təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Kral Klubu"nun heyətində Arda Gülər (33-cü dəqiqə)və Kilian Mbappe (39, 48) fərqlənib. "Selta"nın qollarını isə Xavi Rodriges (69) və Valiot Svedberq (76) vurub.
Bu qələbə sayəsində xallarının sayını 75-ə çatdıran Karlo Ançelottinin komandası lider "Barselona"dan 4 xal geri qalır. "Selta" isə 46 xalla yeddinci pillədə qalıb.