XƏBƏR LENTİ
04 May 2025
03 May 2025



Taekvondoçularımız Prezident Kubokuna Türkiyədə hazırlaşacaq
İdman 16:22 / 04.05.2025

Taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında milli komandamızın üzvləri Türkiyəyə yola düşüblər.

Olimpiyadunyasi.com Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, təmsilçilərimiz 4-16 may tarixlərində Türkiyənin Çanaqqala şəhərində Türkiyə yığma komandası ilə birliktə təlim-məşq toplanışında iştirak edəcək.

Təlim-məşqin ardından taekvondoçularımız mayın 16-da Prezident Kubokunda iştirak etmək üçün Bolqarıstanın Sofiya şəhərinə yola düşəcək.

Yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.


80 oxunub

InvestAZ