XƏBƏR LENTİ
04 May 2025
03 May 2025



AMADA Azərbaycan Atıcılıq Federasiyasının üzvləri üçün seminar keçirib
İdman 16:12 / 04.05.2025

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Atıcılıq Federasiyasının (AAF) idmançıları və onların köməkçi heyəti üçün antidopinq seminarı keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, seminarın əsas məqsədi idmançılara, onların məşqçi və tibbi heyətinə antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, dopinqə qarşı mübarizə strategiyaları barədə ətraflı məlumat vermək olub.

Tədbir zamanı iştirakçılara qadağan edilmiş maddələr və metodlar, test prosesləri, idmançının məsuliyyəti və nəticələrin idarə olunması barədə məlumat təqdim olunub. Vurğulanıb ki, bəzi hallarda idmançılar bilmədən və ya səhvən qadağan edilmiş maddələr qəbul edə bilirlər. Bu səbəbdən hər bir idmançı istifadə etdiyi dərmanın tərkibini diqqətlə araşdırmalıdır.

Seminar interaktiv formatda keçirilib və iştirakçıların antidopinqlə bağlı sualları cavablandırılıb.


159 oxunub

InvestAZ