Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri sona yaxınlaşır.
Olimpiyadunyasi.com xəbər verir ki, turnirin son günündə ikiçəki dərəcəsində daha dörd cüdoçumuz tatami üzərinə çıxacaq. Belə ki,-90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov 1/8 finaldagürcüstanlı Nikoloz Davladze ilə qarşılaşacaq. Bu çəki dərəcəsində mübarizə aparacaqElcan Hacıyev isə ilk görüşünü tacikistanlı Muzamir Karimzodaya qarşı keçirəcək.
+100 kq çəki dərəcəsində isə Camal Qamzatxanov 1/8 finalda IJF idmançısı Artyom Zolotuxinlə üz-üzə gələcək. Həmin çəkidə mübarizə aparan Kənan Nəsibov isə ilk görüşündə tacikistanlıRahmatullo Mirzoyevlə qarşılaşacaq.
Qeyd edək ki, turnirdə 27 ölkənitəmsil edən 226 (123 kişi, 103 qadın) cüdoçu iştirak edir.
Yarışda 7 idmançı ilə təmsil olunan komandamızın aktivində hazırda bir qızıl medal var. Yeganə medalı yığmamıza -66 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qazandırıb.