XƏBƏR LENTİ
04 May 2025
03 May 2025
02 May 2025



"Barselona" addım-addım çempionluğa yaxınlaşır
İdman 01:10 / 04.05.2025

Futbol üzrə İspaniya La Liqasında 34-cü turun oyunları davam edir.

Lider "Barselona" səfərdə turnircədvəlinin sonuncu pilləsində qərarlaşan "Real Valyadolid"in qonağı olub. Oyun Kataloniya təmsilçisinin minimal hesablıqələbəsi ilə başa çatıb. Matçda hesabı erkən qolla medan sahibləri açıb. 5-ci dəqiqədə "Real Valyadolid"in futbolçusu İvan Sançez fərqlənib.

Lakin Hans Flikin komandası matçın ikinci hissəsində Rafinya (54-cü dəqiqə) və Fermin Lopesin (61) qolları ilə qələbə qazanmağa müvəffəq olub.

Kataloniya təmsilçisi bu qələbədən sonra 79 xalla turnir cədvəlində liderliyini davam etdirir. Onlar bir oyun az keçirən Madrid "Real"ını 7 xal qabaqlayırlar. "Real Valyadolid" isə 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.


171 oxunub

InvestAZ