XƏBƏR LENTİ
04 May 2025
03 May 2025
02 May 2025



Avropa Kubokunun ilk günündə 12 medal - FOTO
İdman 23:47 / 03.05.2025
Qubada yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokunun ilk yarış gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, geniş heyətlə yarışda mübarizə aparan komandamız günü 12 (3 qızıl, 3 gümüş, 6 bürünc) medalla başa vurub.
Komandamıza qızıl medalları Anar Quliyev (-50 kq), Zeyd Ələsgərov (-60 kq) və Nuranə Hacızadə (-48 kq) qazandırıb.
Gümüş medallasa isə Rəsul Əlizadə (-55 kq), Fəxri Sahibzadə (-66 kq) və Leyla Ələkbərova (-48 kq) sahib çıxıb.
İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-66 kq), Xədicə Abdullayeva (-44 kq) və Aysun Məmmədova (-52 kq) isə komandamızın aktivinə bürünc medal yazdırıb.
Qeyd edək ki, iki gün davam edən yarışda qitənin 12 ölkəsindən 354 (213 oğlan, 141 qız) idmançı mübarizə aparır. Komandamız turnirdə 141 (100 oğlan, 41 qız) cüdoçu ilə təmsil olunur.


219 oxunub

InvestAZ