Fərid Qayıbov: "Bu gün burada iştirak edən yeniyetmələr gələcəyin çempionlarıdır"
İdman 18:12 / 03.05.2025
Quba Olimpiya İdman Kompleksində cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib. Mərasimdən sonra gənclər və idman naziri Fərid Qayıbov jurnalislərə müsahibə verib.
"Heç kəsə sirr deyil ki, Azərbaycan idmanı bu gün sürətlə inkişaf edir. Son illərdə idmançılarımızın qazandığı medallar və ölkəmizdə keçirilən nüfuzlu tədbirlərin keçirilməsi bunu deməyə əsas verir. Bildiyiniz kimi, təkcə bu həftə ölkəmiz üç beynəlxalq idman yarışına uğurla ev sahibliyi edib. Bu tədbirlərin ölkəmizdə beynəlxalq qurumlar tərəfindən verilmiş dəyərin və inamın təcəssümüdür. Bilirsiniz ki, cüdo ölkəmizdə böyük populyarlıq qazanıb. Cüdoçularımız hər zaman iştirak etdikləri yarışda mükafatalayiq nəticələr göstəriblər. Son Olimpiya oyunlarında iki qızıl medal əldə etdik ki, bu da cüdoçuların payına düşür. Bu gün burada iştirak edən yeniyetmələr gələcəyin çempionlarıdır. Quba artıq neçənci dəfədir ki, beynəlxalq yarışları qəbul edir. Biz hesab edirik ki, belə bir tədbirlərin regionlarda keçirilməsi öz töhvəsini verir və gələcəkdə də verəcək. Məlumdur ki, Qubadan əvvəl analoji yarış Göygöldə təşkil olunmuşdu. Növbəti illərdə biz bu yarışı digər bölgələrdə də keçirməyi nəzərdə tutmuşuq", - deyə Fərid Qayıbov bildirib.
230 oxunub