XƏBƏR LENTİ
04 May 2025
03 May 2025
02 May 2025



Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək
İdman 17:36 / 03.05.2025

Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq. 

Məşqlər Bakıda təşkil olunacaq "Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, "Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.


220 oxunub

InvestAZ