XƏBƏR LENTİ
03 May 2025
02 May 2025



ACF-in sosial layihələri beynəlxalq festivalda
İdman 00:58 / 03.05.2025
"Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı start götürüb. Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, festival çərçivəsində baş tutan paneldə yaradıcı sənaye, idman və korporativ sahənin nümayəndələri bir araya gələrək brendlərin sosial dəyişiklik yaratmaq potensialını müzakirə ediblər.
Paneldə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, "Azercell”in korporativ əlaqələr üzrə direktoru Sona Abbasova və reper Orxan Zeynallı iştirak ediblər. Diskussiyada məqsədyönlü tərəfdaşlıqların zorakılıqla mübarizədən tutmuş gənclərin gücləndirilməsinə qədər müxtəlif sahələrdəki təsirindən bəhs olunub. Bu kontekstdə ACF-in həyata keçirdiyi "Qızlara ağ yaraşır”, "Söz verirəm” və "Doğru yol budur” kimi layihələrin əhəmiyyəti vurğulanıb.

240 oxunub

InvestAZ