XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
16:36
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Çempion partlayışda ciddi xəsarət alıb
İdman 22:45 / 23.04.2025

Qarışıq döyüş növləri üzrə (MMA) çıxış edən rusiyalı Maqomed İsmayılov enerji bankı (poverbank) partlaması nəticəsində yaralanıb. Hadisə idmançı yuxuda olarkən baş verib. "Uşaqlar, enerji bankı partlayan kimi yuxudan oyandım. Gördüm yorğanım alışıb. Mənzildə təhlükəsiz yer axtarırdım. Qəfildən güzgüdə özümü gördüm. Sifətim qan içində idi. Yorğanı birtəhər söndürdüm, sonra üzümü yudum”, - deyə özünün Telegram kanalında yazıb.

Qeyd edək ki, 38 yaşlı Maqomed İsmayılovun MMA-da 18 qələbəsi, 3 məğlubiyyəti və bir heç-heçəsi var.

İdmançı sonuncu dəfə 2024-cü il iyulun 21-də Vladimir Mineyevlə döyüşüb, səkkiz raundun tamamında qələbə qazanıb.


13008 oxunub

InvestAZ