XƏBƏR LENTİ
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025
13 Oktyabr 2025
10 Oktyabr 2025
09 Oktyabr 2025
08 Oktyabr 2025
07 Oktyabr 2025



Yarımmarafonda iki ürək dayandı
İdman 19:22 / 22.04.2025
Qazaxıstanın Almatı şəhərində keçirilən yarımmarafon faciə ilə yadda qalıb. Yarışın iki iştirakçısı - 84 yaşlı Akkoyan Rsəliyev və 21 yaşlı Nurbol Əhmədi həyatla vidalaşıb. Bu barədə yarışı təşkil edən qurumun saytında məlumat verilib. Bildirilir ki, onların hər ikisi ənənəvi olaraq 21,1 km məsafəlik marafonda iştirak ediblər. Rsəliyev yarışın birinci kilometrində yıxılıb. Bir dəqiqə sonra ona kömək üçün təcili yardım gəlib. Lakin onun həyatını ağciyər emboliyası diaqnozu səbəbindən xilas etmək mümkün olmayıb. Nurbol Əhmədi marafonu 16-cı kilometr dayandırıb. O, yerindəcə ağciyər emboliyası və kəskin ürək çatışmazlığından vəfat edib.
8297 oxunub

InvestAZ