XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



“Qalatasaray” Torreira ilə müqaviləni uzatdı
İdman 12:04 / 22.04.2025

Türkiyənin "Qalatasaray” klubu heyətin aparıcı üzvlərindən biri olan Lukaş Torreira ilə yeni müqavilə imzalayıb.

Yeni müqavilə ilə Torreira daha üç mövsüm "Qalatasaray”ın uğurları üçün çalışacaq. Belə ki, sarı-qırmızılılar 29 yaşlı uruqvaylı futbolçunun 2026-cı ildə bitəcək əvvəlki sözləşməsinin müddətini 2028-ci ilin yayına qədər uzadıb. Klub bu qərarla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məlumat təqdim edib.

2022/23 mövsümündə "Qalatasaray”a transfer olunan Torreira qısa müddət ərzində komandanın əsas oyunçularından birinə çevrilib. O, indiyədək İstanbul təmsilçisinin heyətində 123 oyuna çıxıb, bu qarşılaşmalarda 4 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.



1231 oxunub

InvestAZ