XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında həlledici gün - Pley-offun son iştirakçıları bu gün müəyyənləşəcək
İdman 10:06 / 16.04.2025

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün mövsümün ən vacib oyunlarından biri keçiriləcək. Baş tutacaq qarşılaşmaların nəticəsinə əsasən pley-off mərhələsinə yüksələcək son iki komanda müəyyənləşəcək.

Bakı İdman Sarayında azarkeşlər "Abşeron” - NTD duelinə şahidlik edəcəklər. Komandalar arasında indiyədək keçirilən iki oyunda bərabərlik qeydə alınıb. İlk matçda "Abşeron” 88:74 hesabı ilə qalib gəlibsə, cavab qarşılaşmasında NTD 67:63 üstün olub. Bu günkü görüş qalibi pley-offa daşıyacaq.

Digər həlledici qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. "Sumqayıt” öz meydanında "Sərhədçi”ni qəbul edəcək. Bu cütdə də vəziyyət eynidir – birinci oyunda "Sərhədçi” 123:97 hesabı ilə qələbə qazansa da, ikinci matçda "Sumqayıt” 100:97 hesablı əzmkar qələbə ilə seriyada bərabərlik yaradıb.

Hər iki görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə keçirilən oyunlarda "Gəncə” "Lənkəran”ı (96:92, 100:74), "Ordu” isə "Quba”nı (88:74, 92:88) məğlub edərək pley-offa vəsiqə qazanıb. Bu axşam baş tutacaq matçlardan sonra dörddəbir finalda iştirak edəcək bütün komandaların adları rəsmiləşəcək.


25219 oxunub

InvestAZ