XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqasında ilk yarımfinalçılar məlum oldu
İdman 01:42 / 16.04.2025
Futbol üzrə UEFA Çempionlar Liqasının 2024/25 mövsümündə yarımfinala vəsiqə qazanan ilk iki komanda müəyyənləşib. Qitənin ən mötəbər klub turnirində bu mərhələyə adlayanlar İspaniyanın "Barselona” və Fransanın PSJ klubları olub.
"Barselona” 1/4 final mərhələsində Almaniyanın "Borussiya Dortmund” komandası ilə qarşılaşıb. İlk oyunda rəqibini 4:0 hesabı ilə darmadağın edən Kataloniya klubu cavab görüşündə 1:3 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə, 5:3 hesabi ilə mərhələ adlayıb. Bu nəticə ilə "Barselona” 2019-cu ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Fransa nəhəngi PSJ isə İngiltərənin "Aston Villa” komandası ilə üz-üzə gəlib. İlk görüşdə 3:1 hesablı qələbə qazanan Paris təmsilçisi cavab matçında 2:3 hesabı ilə uduzsa da, ümumi 5:4 nəticə ilə yarımfinala yüksəlməyi bacarıb.
Turnirin yarımfinal mərhələsində "Barselona” "Bavariya” - "İnter” cütünün qalibi ilə, PSJ isə "Real Madrid” - "Arsenal” duelində üstün gələn tərəflə qarşılaşacaq. Yarımfinal oyunları 29 və 30 aprel tarixlərində, cavab görüşləri isə 6 və 7 mayda keçiriləcək.
UEFA Çempionlar Liqasının final oyunu mayın 31-də Almaniyanın Münhen şəhərindəki Allianz Arena stadionunda baş tutacaq.

20820 oxunub

InvestAZ