XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025



Timo Verner “Tottenhem”dən ayrılır
İdman 16:35 / 08.04.2025

"Tottenhem" klubu 29 yaşlı almaniyalı hücumçu Timo Vernerlə mövsüm sonunda yollarını ayırmağa qərar verib. Klub rəhbərliyi futbolçunun icarə müddətinin uzadılmaması barədə qərar qəbul edib.

Beləliklə, Timo Verner məxsus olduğu Almaniyanın "Leipziq” klubuna geri dönəcək. Verner "Tottenhem”in heyətinə 2024-cü ilin qış transfer pəncərəsində icarə əsasında qoşulmuşdu. O, Premyer Liqa təmsilçisinin heyətində bir neçə oyunda meydana çıxsa da, stabil çıxışla yadda qalmayıb və klubun uzunmüddətli planlarına daxil edilməyib.

Xatırladaq ki, Timo Verner əvvəllər də "Leipziq” klubunun heyətində yüksək səviyyədə çıxış edib, ardıcıl mövsümlərdə komandanın əsas qol silahlarından biri olub.



2652 oxunub

InvestAZ