XƏBƏR LENTİ
10 May 2025
09 May 2025
08 May 2025



Vətən müharibəsi qazisi Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb
İdman 12:57 / 07.04.2025

Azərbaycan xizəkçisi Polad Rzayev Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində həlledici mərhələni öz kateqoriyasında ikinci olaraq bitirən idmançının hesabında Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) aprelin 1-nə olan reytinq cədvəlinə görə 725.55 reytinq xalı var.

Qeyd edək ki, P.Rzayev son iştirak etdiyi Fransanın Auron şəhərində təşkil edilmiş FIS Paradağ xizəyi turnirinin final mərhələsini 00:51.57 nəticə ilə 7-ci pillədə bitirib.


2232 oxunub

InvestAZ