XƏBƏR LENTİ
10 May 2025
09 May 2025
08 May 2025



Yardımlıda məktəblilər arasında stolüstü tennis üzrə qaliblər müəyyənləşdi
İdman 14:34 / 07.04.2025

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Yardımlı rayon Çayüzü kənd tam orta məktəbində "6 Aprel - Ümumdünya Stolüstü Tennis Günü" münasibətilə ümumtəhsil orta məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə Yardımlı rayon turniri keçirilib. Turnirdə 28 nəfər idmançı öz məharətini göstərib.

Gərgin və maraqlı sonluqla başa çatan turnirdə I, II və III yerləri qazanan qalib idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.


2153 oxunub

InvestAZ