XƏBƏR LENTİ
10 May 2025
09 May 2025
08 May 2025



Ferstappen yenidən zirvədə
İdman 12:40 / 06.04.2025
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi olan Yaponiya Qran-prisinin qalibi müəyyənləşib. Suzuka avtodromunda təşkil olunan mötəbər yarışda "Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qalib olub.
İkinci və üçüncü yerləri isə müvafiq olaraq, "Maklaren” komandasının pilotları – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri bölüşüblər.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi bu ilin sentyabrın 19-dan 21-dək Bakı şəhər halqasında keçiriləcək. 

2990 oxunub

InvestAZ