XƏBƏR LENTİ
10 May 2025
09 May 2025
08 May 2025



Teplitsedə möhtəşəm start – Yeniyetmə cüdoçularımızdan 7 medal
İdman 01:06 / 06.04.2025

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa Kubokunun ilk günü Azərbaycan millisinin uğurlu çıxışı ilə yadda qalıb. Cüdoçularımız mötəbər yarışda ümumilikdə 7 medal qazanaraq turnirin ilk gününü medal sıralamasında birinci pillədə başa vurublar.

Qızlar arasında -48 kq çəki dərəcəsində çıxış edən Nərmin Ağamirzadə və oğlanların yarışında -55 kq-da mübarizə aparan Rəsul Əlizadə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. -44 kq çəki dərəcəsində Gülşən Hüseynova gümüş medal əldə edib. Digər təmsilçilərimizdən Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq), Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, turnirdə 38 ölkədən ümumilikdə 805 cüdoçu iştirak edir.


2697 oxunub

InvestAZ