XƏBƏR LENTİ
10 May 2025
09 May 2025
08 May 2025



Cüdoçularımız Avropa Kubokuna uğurlu başladı: 2 qızıl, 2 bürünc medal
İdman 00:09 / 06.04.2025

Polşanın Poznan şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib. İlk yarış günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. İdmançılarımız 2 qızıl və 2 bürünc medal əldə edərək möhtəşəm çıxış nümayiş etdiriblər.

-60 kq çəki dərəcəsində Fərid Qarayev, -66 kq-da isə Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar. Eyni çəki dərəcəsində çıxış edən Nihad Məmişov (-60 kq) və Əbil Yusubov (-73 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, komandamız hazırda qazandığı 4 medalla ümumi sıralamada liderlik edir. Turnirdə 23 ölkədən 412 cüdoçu iştirak edir.



2667 oxunub

InvestAZ