XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



BOK tarixində yeni dövr: Kirsti Koventri ilk qadın prezident oldu
İdman 21:47 / 20.03.2025
Zimbabveli Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 10-cu prezidenti seçilib. Bu gün Yunanıstanın Kosta-Navarino şəhərində keçirilən BOK-un 144-cü sessiyasında səsvermənin ilk turunda qalib gələn K.Koventri Beynəlxalq Olimpiya Komitəsi tarixində ilk qadın prezident olub. O, prezidentliyə namizədliyini irəli sürən Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasını prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti) və Şahzadə Faysal əl-Hüseyni (BOK-un İcraiyyə Şurasının üzvü) qabaqlayıb.
Beləliklə, üzgüçülük üzrə ikiqat Olimpiya çempionu olan Kirsti Koventri növbəti 8 il müddətində quruma rəhbərlik edəcək. O, iyunun 24-dən etibarən yeni vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq. Həmin vaxta qədər isə komitənin rəhbərliyi BOK-un ömürlük fəxri prezidenti seçilən Tomas Baxın öhdəsində olacaq.

17869 oxunub

InvestAZ