XƏBƏR LENTİ
24 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Dörd komandanın yükü limana çatmayıb
İdman 16:15 / 19.03.2025
Formula 1 üzrə dörd komandanın - «Red Bull Rasinq», «Mercedes», «McLaren» və «Williams» üçün Şanxaya yollanan yüklərin daşınması təxirə salınıb.
Bu məlumatı avstraliyalı fotoqraf və insayder Kim İllman qeyd edib. "Melburnda təyyarələrdə yaranan texniki problemlər səbəbindən bir sıra komandalar Şanxay Qran Prisinə çatdırılmaq üçün yük qəbul etməyib. Göndərmə adətən bazar ertəsi axşam gəlir, lakin hazırda komandalar onu qəbul etməyiblər və çoxları yükün axşam gec saatlara qədər gəlməsini gözləmir. Bunun cümə günü səhər ilk və yeganə məşq üçün trasa çıxan avtomobillərə təsir edib-etməyəcəyi bəlli deyil. Ancaq bu ekipajları qarşıda şübhəsiz ki, uzun gecələr gözləyir”, - İlman sosial media səhifəsində yazıb.
Qeyd edək ki, Çin Qran Prisi martın 21-dən 23-dək keçiriləcək.

14579 oxunub

InvestAZ