XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Ölkəmizdə ilk dəfə “Azərbaycan Şahmat Turu” keçiriləcək
İdman 11:19 / 20.03.2025

Azərbaycan Şahmat Federasiyası ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək "Azərbaycan Şahmat Turu” – ("Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.

Bununla bağlı Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovun rəhbərliyi altında Təşkilat Komitəsinin iclası keçirilib.

AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov beynəlxalq turnirlər silsiləsinin ölkə şahmatında ilk olduğunu qeyd edib və bütün yarışların yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayıb.

2025-ci ildə ilk dəfə reallaşacaq "Azərbaycan Şahmat Turu” çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq open yarış təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.

Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda "Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində "Sheki Open”, 26 iyun-03 iyulda "Shamakhı Open”, 06-13 iyulda "Lankaran Open”, 15-22 iyulda "Guba Open”, 11-18 noyabrda isə "Ganca Open” və 19-26 noyabrda "Shirvan Open” keçiriləcək. "Azərbaycan Şahmat Turu” çərçivəsində həm də "Vüqar Həşimov Open” turniri baş tutacaq.

"Azərbaycan Şahmat Turu”yla əlaqədar Azərbaycan Şahmat Federasiyası tərəfindən nəfis tərtibatda yeni sayt istifadəyə verilib. Chess.az saytında şahmatçılar rahat şəkildə turnirlər üçün qeydiyyatdan keçməklə yanaşı həm də yarışla bağlı son xəbərləri izləmək imkanı əldə edəcək.
Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı həm də xarici iştirakçıların o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.


13281 oxunub

InvestAZ