XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Cəlilabadda cüdo zalının açılışı olub
İdman 19:48 / 17.03.2025

Cəlilabadda cüdo zalının açılış mərasimi keçirilib.

Bundan sonra Cəlilabad Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalı fəaliyyət göstərəcək.

Açılışda Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən zəruri avadanlıqlarla təchiz olunub.


15467 oxunub

InvestAZ