XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



"İdman hamı üçün" layihəsi çərçivəsində keçirilən tədbir böyük maraqla qarşılanıb
İdman 10:39 / 17.03.2025

Martın 15-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev parkında "İdman hamı üçün" layihəsi çərçivəsində atletika, boks, gimnastika, voleybol, dama, şahmat idman növləri nümayiş etdirilib. Tədbirdə Lənkəran şəhər UGİM-in kollektivi, rayon sakinləri və könüllü gənclər əyləncəli idman oyunlarında iştirak ediblər. Şəhər sakinlərinin böyük marağına səbəb olan idman tədbiri "Sağlam məhəllə” idman zonasında davam etdirilib.

Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.



15003 oxunub

InvestAZ