XƏBƏR LENTİ
01 İyun 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
26 May 2025



Bakı birinciliyinə start verildi
İdman 16:38 / 14.03.2025

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə bu gün güllə atıcılığı üzrə Bakı birinciliyi start götürüb. Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə idmançılar tapança və tüfəng növləri üzrə mübarizə aparırlar.

Turnirin əsas məqsədi atıcıların bacarıqlarını daha da inkişaf etdirmək, onların beynəlxalq yarışlara hazırlıq səviyyəsini yüksəltmək və ölkədə güllə atıcılığına marağı artırmaqdır.

Birinciliyin sonunda ən yaxşı nəticə göstərən idmançılar Azərbaycan Atıcılıq Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaq.

Qeyd edək ki, yarış martın 16-dək davam edəcək.


2436 oxunub