XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Ağırlıqqaldırma üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib
İdman 17:32 / 14.03.2025

Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi baş tutub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

O qeyd edib ki, bu turnirlərdə "körpücük" üzərinə çıxan hər idmançı cəsarəti və əzmi ilə özünü qalib saymalıdır. Onların sağlam ruhda böyüməsi cəmiyyətimizin qələbəsidir.

Açılış mərasimi iki mütəxəssis üçün xüsusən əlamətdar olub. Yaxın günlərdə 65 yaşını qeyd etmiş "Əməkdar məşqçi” Azad Mustafayev və 60 yaşını tamamlamış "Əməkdar məşqçi” Oruc Məmmədli AAF tərəfindən təltif ediliblər.

Yubilyarlara hədiyyələri Firdovsi Umudov təqdim edib.


2076 oxunub

InvestAZ