XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



ABL-də müntəzəm mövsümün sonuna iki tur qalır
İdman 17:56 / 16.03.2025

Azərbaycan Basketbol Liqasında (ABL) 18-ci turun oyunları keçirilib. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turun açılış oyununda B qrupunda yer alan "Quba” komandası 95:84 hesabı ilə Lənkəran səfərindən qalib ayrılıb. Qrupun növbəti oyunu Sumqayıtda təşkil olunub. Yerli komanda 96:104 hesabı ilə "Şəki”yə məğlub olub. B qrupunda mərkəzi oyun "Gəncə” və "Ordu” klubları arasında oynanılıb. Görüş "Gəncə”nin 84:74 hesablı qələbəsi ilə yekunlaşıb. A qrupunda "Sabah” 99:64 hesabı ilə "Abşeron” üzərində asan qələbə qazanıb. "Sərhədçi” İdman Mərkəzində isə "Naxçıvan” 68:66 hesabı ilə "Sərhədçi” üzərində çətin qələbə əldə edib. Turun bağlanış oyununda "Neftçi” 76:64 hesabı ilə NTD-dən güclü olub. Geridə qalmış 18 turdan sonra, A qrupunun vahid lideri "Sabah” klubudur. "Naxçıvan” ikinci, "Neftçi” isə 3-cü pillənin sahibidir. B qrupuna isə "Gəncə” və "Şəki” klubları şərikli liderlik edirlər. "Ordu” klubu B qrupunun ən güclü üçüncü komandasıdır.


10712 oxunub

InvestAZ