XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans Liqası: Bu gün 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq
İdman 11:34 / 13.03.2025

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq. Görüşlər Bakı vaxtı ilə saat 21:45 və 00:00-da başlayacaq.

Bununla da 1/4 final mərhələsinə vəsiqə qazanan komandaların adlarına aydınlıq gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə 17-də keçiriləcək.

UEFA Konfrans Liqası

1/8 final, cavab görüşləri

13 mart

21:45. "Brügge” (Belçika) - "Yagelloniya” (Polşa)

İlk oyun - 0:3.

21:45. "Luqano” (İsveçrə) - "Sele” (Sloveniya)

İlk oyun - 0:1.

21:45. "Rapid” (Avstriya) - "Borats” (Bosniya və Herseqovina)

İlk oyun - 1:1.

21:45. "Yurqorden” (İsveç) - "Pafos” (Kipr)

İlk oyun - 0:1.

00:00. "Vitoriya” (Portuqaliya) - "Betis” (İspaniya)

İlk oyun - 2:2.

00:00. "Fiorentina” (İtaliya) - "Panatinaikos” (Yunanıstan)

İlk oyun - 2:3.

00:00. "Legiya” (Polşa) - "Molde” (Norveç)

İlk oyun - 2:3

00:00. "Çelsi” (İngiltərə) - "Kopenhagen” (Danimarka)

İlk oyun - 2:1.



16177 oxunub

InvestAZ