XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Boksçumuz beynəlxalq turnirin yarımfinalında 
İdman 11:45 / 07.03.2025

Azərbaycan millisinin daha bir gənc boksçusu Monteneqronun Budva şəhərində keçirilən dünya kuboku statuslu "Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasından verilən xəbər verir ki, Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib.

O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq.

Boksçumuz yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, "Adriatik incisi”ndə daha 3 boksçumuz yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.


2390 oxunub

InvestAZ