XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Ölkəmiz yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək
İdman 10:06 / 07.03.2025

Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış mayın 3-4-də Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkəmizin cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə etdiyini bildirib:

"Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Bu yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır".

Qeyd edək ki, turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.


1934 oxunub

InvestAZ