XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Taekvondoçularımız Eyndhovenə yollanıblar
İdman 10:27 / 07.03.2025

Azərbaycanı Niderlandın Eyndhoven və Belçikanın Lommel şəhərlərində keçiriləcək açıq çempionatlarda 22 taekvondoçu təmsil edəcək.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançılar taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında mübarizə aparacaqlar.

Qeyd edək ki, Niderlanddakı 52-ci açıq turnir martın 8-9-da baş tutacaq. Belçikadakı yarış isə martın 15-də keçiriləcək.


2436 oxunub

InvestAZ