XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



"McLaren" rəhbəri pilotlara razılıq verdi
İdman 17:45 / 06.03.2025
"McLaren"in rəhbəri Zak Braun komandanın pilotları britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastrinin əfsanəvi "Le Manda 24 Saat" yarış marafonunda iştirak imkanlarından danışıb.

"Hansı pilot Le Manda qazanmaq istəməz ki? Bu barədə Lando və Oskarla danışdım. Onlar iştirak etmək istədiklərini dedilər. Biz idman avtomobili yarışlarını sevirik. "Biz Triple Crown (İndi 500, "Le Manda 24 Saat" və Monako Qran Prisi) qazanan yeganə komandayıq. Bunun üçün yenidən mübarizə aparmaq əla olardı", - deyə Braun WEC TV-yə müsahibəsində qeyd edib.


3100 oxunub

InvestAZ