XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Vətən müharibəsi iştirakçısı paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq
İdman 16:07 / 06.03.2025

Vətən müharibəsinin iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyinövündə mübarizə aparacaq.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, idmançı gündəlik məşqlərini davam etdirir. Paralimpiyaçı, həmçinin "Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da mübarizə aparıb. 

P.Rzayevin yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. O, "Azərbaycan bayrağı”, "Şücaətə görə” ordenlərinə, "Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.


3512 oxunub

InvestAZ