XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Basketbol Liqasında növbəti turun proqramı müəyyənləşib
İdman 16:18 / 06.03.2025
Azərbaycan Basketbol Liqasında XVII turun proqramı açıqlanıb. Tura martın 7-də A qrupunda yer alan  NTD - "Naxçıvan" komandalarının oyunu ilə start veriləcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da başlayacaq. Ertəsi gün basketbol azarkeşləri daha üç oyun izləyəcəklər. Meydana əvvəlcə A qrupunun iştirakçıları olan "Sabah" və "Neftçi" komandaları çıxacaq. Saat 12:30-da başlayacaq oyun "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. Günün ikinci oyunu da "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq. Saat 16:00-da başlayacaq oyunda "Quba" və "Şəki" komandaları üz-üzə gələcək. 
Abşeron Olimpiya İdman Kompleksində isə "Abşeron" və "Sərhədçi" komandaları qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək. Tura martın 9-da keçiriləcək iki oyunla yekun vurulacaq. Meydana əvvəlcə "Gəncə" və "Lənkəran" komandaları çıxacaq. Gəncə İdman Sarayında təşkil olunacaq oyun saat 14:00-da başlayacaq. Tura saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində start götürəcək "Sumqayıt" - "Ordu" oyunu ilə yekun vurulacaq.  

3308 oxunub

InvestAZ