XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Formula 1 üzrə Azərbaycan Qran-Prisi üçün paddok tikintisi başlayıb
İdman 14:02 / 06.03.2025

Bu il keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Paddok həmişəki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.


3336 oxunub

InvestAZ