XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Fərid Qayıbov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
İdman 13:41 / 06.03.2025

Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir Fərid Qayıbov qurumun baş katibi İsiaka Abdulqadir İmamla görüşüb. Nigeriyada keçiriləcək ll gənclərə məsul nazirlər iclasında iştirak və ölkəmizdə gənclər mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının I direktoru Əhmər İsmayıl, II direktoru Puncul Nuqraha, icraçı müavin Məhəmməd Bilal Xan və digər məsul şəxslər də iştirak ediblər.


2891 oxunub

InvestAZ