XƏBƏR LENTİ
20 May 2025
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025



Boksçumuz finalın bir addımlığında 
İdman 12:04 / 06.03.2025

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu "Adriatik incisi” beynəlxalq turniri davam edir. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb. 48 kq çəkidə mübarizə aparan Banuçiçək Nəsirli 1/4 final çərçivəsində qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, martın 7-də keçiriləcək yarımfinal mərhələsində polşalı Natalya Nieviadomska üz-üzə gələcək. 

Qeyd edək ki, Banuçimək Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.


3487 oxunub