Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Mərhələnin ikinci oyun günün ilk qarşılaşması Rotterdamda təşkil olunub. Niderlandın "Feyenoord" komandası doğma meydanda İtaliyanın "İnter"klubunu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb -0:2. Milan təmsilçisinin qollarını 38-ci dəqiqədəTüram, 50-ci dəqiqədə isə Martines vurub. Beləliklə, Simioni İnzaginin komandası cavab oyunu ərəfəsində üstünlük əldə edib.