XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Formula 1 həm qazanır, həm itirir?
İdman 13:50 / 05.03.2025

Artıq dördüncü ildir ki, Formula 1-in gəlirləri sürətlə artmaqdadır. LEquipe-nin məlumatına görə, ötən ilin sonuna qədər dünya çempionatına ev sahibliyi etmək hüququna sahib olan «Liberty Media»nın gəliri 3,65 milyard dollara yüksəlib. Bu isə2023-cü ilin göstəriciləri ilə müqayisədə 14 faiz artım deməkdir.

Əməliyyat mənfəəti 492 milyon dollara yüksəlib ki, bu da 2023-cü ilin analoji göstəricilərindən 100 milyon dollar çoxdur. Gəlirlərin 32,8 faizi televiziya hüquqlarının satışından, 29,3 faizi Qran-Prinin promouterlərindən və18,6 fazi sponsorlardan əldə olunub.

Yarışa tamaşa edən azarkeşlərin sayında da böyük fərq hiss olunur. Ötən il bir Qran-Priyəorta hesabla 66 milyon tamaşaçı izləyib ki, ümumilikdəbu rəqəm 1,6 milyarda çatıb.


2718 oxunub

InvestAZ