XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Basketbol Liqasında XVI tura B qrupunun oyunları ilə yekun vurulacaq
İdman 10:44 / 05.03.2025

Bu gün Azərbaycan Basketbol Liqasında XVI turun oyunlarına yekun vurulacaq. Turun son oyun günündə 2 qarşılaşma təşkil olunacaq. Hər iki oyun B qrupunun komandaları arasında olacaq. Günün ilk oyunu Şəki Olimpiya İdman Kompleksində keçiriləcək. Saat 14:00-da başlayacaq oyunda "Şəki” klubu "Ordu” ilə qarşılaşacaq. Aktivlərində 26 xalı olan komandalar müvafiq olaraq B qrupunun ikinci, üçüncü pillələrində qərarlaşıb.

Turun son qarşılaşmasında "Quba” komandası "Gəncə” ilə üz-üzə gələcək. "Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da başlayacaq. "Gəncə” klubu hazırda 26 xalla qrup lideridir. Sonuncu - 6-cıolan "Quba”nın isə aktivində 19 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"a114:70, "Sabah" "Sərhədçi"yə89:73, "Sumqayıt""Lənkəran"a 88:83, NTD isə "Abşeron”a 98:85 hesabı ilə qalib gəlib.


2488 oxunub

InvestAZ