XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Çempionlar Liqası: Bu gün 1/8 finalın ilk oyunlarına yekun vurulacaq
İdman 09:35 / 05.03.2025

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha 4 oyunu keçiriləcək. Günün ilk oyunu Niderlandda təşkil olunacaq. Yerli "Feyenoord” klubu doğma azarkeşlər önündə  İtaliyanın "İnter" klubunu qəbul edəcək. Gecənin ən maraqla gözlənilən oyunu isə heç şübhəsiz "Enfild"də baş tutacaq. İngiltərə klubu "Liverpul” PSJ-ni (Fransa) sınağa çəkəcək. Günün digər oyununda "Benfika” (Portuqaliya) komandası "Barselona”nı (İspaniya) qəbul edəcək. Alman komandalarının duelində isə "Bavariya”  "Bayer 04” ilə qarşılaşacaq. 

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək.


2412 oxunub

InvestAZ