XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Paytaxtımızda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
İdman 16:06 / 18.02.2025

Bakıda keçirilmiş "Böyük Dəbilqə” turnirinin ardınca paytaxtda beynəlxalq təlim-məşq toplanışı start götürüb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan toplanışda 14 ölkədən 100-dən çox cüdoçu iştirak edir.

Hazırlıq prosesinə Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycan idmançıları qatılıblar.

Fevralın 21-dək davam edəcək toplanış cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.


5635 oxunub

InvestAZ