XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçumuz "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı
İdman 17:47 / 14.02.2025
Azərbaycan komandası Bakıda keçirilən "Böyük dəbilqə" turnirində ilk medalını qazanıb. 
Milli Gimnastika Arenasında təşkil olunan yarışın ilk günündə Əhməd Yusifov bürünc medala layiq gorulub. -60 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatova qalib gəlib. Bu çəki dərəcəsində qüvvəsini sınayan digər idmançımız Balabəy Ağayev isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzaraq turniri mükafatsız başa vurub. 
Qeyd edək ki, fevralın 16-dək davam edəcək "Böyük Dəbilqə" turnirində 36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançı mübarizə aparır. Azərbaycan komandası yarışda 32 idmançı ilə təmsil olunur.


15699 oxunub

InvestAZ